Talıbovun Röyaya “verdiyi” villanı gördüm - Aqil Abbasov

GÜNDƏM bölməsi

17:12 - 29 Dekabr 2022

 Talıbovun Röyaya “verdiyi” villanı gördüm - Aqil Abbasov

Vasif Talıbovla bağlı son günlər yayılan əksər xəbərlər şayiədir. Deyirlər, Talıbovun oğlu müğənniyə 8 milyonluq villa bağışlayıb. Mən o villanın şəklini gördüm, qiyməti heç bir milyon manat da olmaz. Talıbovlar bir müğənniyə niyə 8 milyonluq villa bağışlasın axı?!”

Yenipress.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Aqil Abbas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladlarının bəzi xanım müğənnilərə bahalı hədiyyələr verməsi iddiaları haqda danışarkən deyib.

O, belə bir şeyin baş verməsinə inanmadığını bildirib:

“Düzdür, imkanlı şəxslər müğənnilərə hansısa məqsədlə villa, avtomobil və digər bahalı hədiyyələr bağışlayırlar, amma hazırda Vasif Talıbovla bağlı xəbərlər çox şişirdilir. Talıbov burada, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) burada! Dövlət araşdırıb üzə çıxaracaq ki, o, kiməsə ev bağışlayıb, ya yox. Hər şey araşdırmalar zamanı bəlli olacaq”.

Xəbər xətti