Bu il Mask 140 milyard dollar itirib

İKT bölməsi

10:48 - 28 Dekabr 2022

 Bu il Mask 140 milyard dollar itirib

“SpeysX” şirkətinin rəhbəri İlon Mask 2022-ci ilin əvvəlindən indiyədək şəxsi sərvətindən təxminən 140 milyard dollar itirib.

Yenipress.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Maskın sərvətinin böyük hissəsinin itirilməsi Tesla səhmlərinin 68% azalması və onun Tvitteri 44 milyard dollara alması ilə bağlıdır.

Hazırda onun ümumi varidatı 130 milyard dollar qiymətləndirilir.

Yenipress.az

Xəbər xətti