“Sihirli Annem”in Cereni futbolçu ərindən boşanır

MAQAZİN bölməsi

13:07 - 10 Fevral 2022

 “Sihirli Annem”in Cereni futbolçu ərindən boşanır

17 ay əvvəl ailə quran türkiyəli aktrisa Gizem Güven və futbolçu Caner Turp cütlüyü boşanmağa qərar verib.

Yenipress.az xəbər verir ki,bu barədə aktrisa İnstaqramda yazıb.

“Bir müddətdir evliliyimizlə bağlı yaşadığımız fikir ayrılıqlarını həll edə bilmədiyimiz üçün bir-birimizlə anlaşaraq, hörmət çərçivəsində ayrılmaq qərarına gəldiyimizi sizinlə paylaşmağa qərar verdik. Evliliyimizi bitirsək də, keçmişimizə və bir-birimizə hörmətimiz qalacaq. Buna görə də, biz və ailələrimiz bu çətin prosesdən keçərkən, məsələyə həssas yanaşmağınızı xahiş edirik”.

Qeyd edək ki, Sihirli Annem” serialındakı Ceren obrazı ilə milyonların sevimlisinə çevrilən Gizem Güven 2020-ci ildə 10 illik sevgilisi Caner Turp ilə möhtəşəm toy mərasimi ilə izdivaca girmişdi.

Xəbər xətti