ABŞ neft ehtiyatlarını artırır

İQTİSADİYYAT bölməsi

14:00 - 17 Dekabr 2022

 ABŞ neft ehtiyatlarını artırır

ABŞ hakimiyyəti neft ehtiyatlarını artırmaq qərarına gəlib.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, ilkin olaraq 3 milyard barel alınması planlaşdırılır. Tədarüklərin 2023-cü ilin fevralında başlaması üçün müqavilənin tezliklə bağlanacağı gözlənilir. Xam neftin bir barellinin sabit qiymətə - 96 dollara alınacağı ehtimal olunur.

Xatırladaq ki, bu yanaşma oktyabr ayında prezident Co Bayden tərəfindən təklif edilmişdi. Onun fikrincə, bu yolla emal sənayesi kəskin qiymət artımlarından qorunacaq.

Yenipress.az

Xəbər xətti