Tvitter jurnalistlərin hesabını buna görə dondurubmuş

İKT bölməsi

11:08 - 17 Dekabr 2022

 Tvitter jurnalistlərin hesabını buna görə dondurubmuş

Tvitterdə ötən gün bloklanmış CNN, “Nyu York Tayms” və “Vaşinqton Post” da daxil olmaqla, ABŞ-ın aparıcı KİV-lərində çalışan bir neçə jurnalistin hesabı açılacaq.

Yenipress.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask Tvitter hesabında yazıb.

"İnsanlar danışdılar. Mənim yerimi izləyən hesablar blokdan çıxarılacaq", - o bildirib.

Qeyd edək ki, ötən gün Tvitter sözügedən jurnalistlərin hesablarını heç bir izahat verilmədən bloklamışdı.

Yenipress.az

Xəbər xətti