Gəncəliyev: Laçın yolu ilə silah daşınır

İKT bölməsi

12:12 - 16 Dekabr 2022

 Gəncəliyev: Laçın yolu ilə silah daşınır

Azərbaycanlı fəalların Şuşa-Xankəndi yolundakı aksiyası qanuni şəkildə, konstitusiya çərçivəsində keçirilir. Bu məsələ Azərbaycanın daxili işidir. Ona görə də ermənilərin havadarlarının aksiya ilə bağlı yersiz hay-küy qaldırmasını qəbul etmirik.

Yenipress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat Azərbaycan konstitusiyasının 39-cu maddəsini əsas gətirərək bildirib ki, Azərbaycan xalqının özünün milli sərvətlərinin talan edilməsinə qarşı çıxış etməsi təbiidir.

Gəncəliyev qeyd edib ki, Şuşa-Laçın yolu qanunsuz silah daşınması üçün istifadə edilir və buna son qoyulmalıdır:

“Təssüflər olsun ki, Ermənistanın qanunsuz hərəkətlərindən Azərbaycan xalqı hələ də əziyyət çəkir, insanlarımız mina partlayışları nəticəsində həlak olur. Ermənistanın Şuşa-Laçın yolu ilə minalar daşıyaraq ərazilərimizdə basdırmasına son qoyulmalıdır”.

Xankəndi seçki dairəsinin deputatı sonda qeyd edib ki, Laçın yolunda Azərbaycan fəallarının keçirdiyi aksiyanı dəstəkləyir.

Yenipress.az

Xəbər xətti