"Pfizer"i seçənlər 3-cü dozanı da vurdurmalıdır? - İnfeksionist açıqladı

SAĞLIQ bölməsi

11:35 - 9 Fevral 2022

"Pfizer" vaksini vurduran vətəndaşlar bir ilin tamamında təkrar vaksin olunmalıdırlar.

Yenipress.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında infeksionist Namiq Nəbiyev deyib. Onun sözlərinə görə, son günlər Azərbaycanda geniş yayılan Omikron ştammına "Pfizer” vaksini vurduran vətəndaşlar da yoluxub:

"Əvvəllər belə bir təklif edilmişdi ki, "Pfizer” vaksini vurduranlar sonradan vaksinləşmə prosesindən kənarda qalsın. Ancaq sonrakı müşahidələr göstərdi ki, "Pfizer” vurdurmuş vətəndaşların 30 faizində Omikron ştammı aşkarlandı. Fikirimcə, təkrar vaksinləşmə qərarı "Pfizer” vurduranlara da tətbiq ediləcək”.

Xəbər xətti