Rusiyada donuz qripi aşkarlandı

SAĞLIQ bölməsi

13:19 - 13 Dekabr 2022

 Rusiyada donuz qripi aşkarlandı

Rusiyanın 82 regionunda donuz qripinin A (H1N1) -2009 ştammı aşkarlanıb.

Yenipress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, SARS və qripə yoluxma hallarının ən yüksək göstəriciləri Tümen vilayətində, Yamalo-Nenets Muxtar Dairəsində, Saxa Respublikasında (Yakutiya), Həştərxan vilayətində, Çukotka Muxtar Dairəsində, Komi Respublikasında, Xantı-Mansi Muxtar Dairəsində, Buryatiya Respublikasında, Kostroma və Voloqda vilayətlərində qeydə alınıb.

Yenipress.az

Xəbər xətti