Selin Dion nadir xəstəliyə tutuldu

MAQAZİN bölməsi

19:54 - 8 Dekabr 2022

 Selin Dion nadir xəstəliyə tutuldu

Dünya şöhrətli kanadalı müğənni Selin Dion nadir xəstəliyə tutulub.

Yenipress.az xəbər verir ki, bu barədə müğənni İnstaqram səhifəsində yazıb.

54 yaşlı müğənni həkimlərin ona qoyduğu əzələ sərtliyi sindromunun nadir xəstəlik olduğunu bildirib.

Xəstəlik bir insanın mərkəzi sinir sisteminə təsir göstərir, bunun nəticəsində onun əzələ tonusu artır və nəticədə ağrılı spazmlar və tez-tez sümük qırılmaları baş verir.

Xəstəlik irəliləyərsə, xəstənin hərəkət etməsi, avtomobil idarə etməsi, bəzi hallarda isə sərbəst şəkildə yemək qabiliyyəti çətinləşə bilər.

Xəbər xətti