Ermənistanda “Premium” Azərbaycandan ucuz oldu

İQTİSADİYYAT bölməsi

23:42 - 5 Dekabr 2022

 Ermənistanda “Premium” Azərbaycandan ucuz oldu

Ermənistanda yanacaq son bir ayda 10% ucuzlaşıb.

Yenipress.az xəbər verir ki, 7 noyabrda Ermənistanda “Premium” 1,24, “Requlyar” 1,19 dollar idisə, 3 dekabrda “Premium” 1,11 dollar (1,88 manat), “Requlyar” 1,06 dolara düşüb.

Ucuzlaşmaya dünya neft bazarında neftin ucuzlaşmasının səbəb olduğu bildirilib.

Digər səbəb isə dramın dollar qarşısında güclənməsidir.

Ekspertlərin iddiasına görə, Ermənistanda benzinin ucuzlaşması davam edəcək.

Xatırladaq ki, erməni dramı son bir neçə ayda dollara nisbətdə 20 faizə yaxın bahalaşıb. Belə ki, hazırda 1 dollar 400 dram civarındadır. Halbuki bir neçə ay öncə 1 dollar 490 dollara idi.

Qeyd edək ki, Azərbaycanda “Premium” benzini 2 manatdır və bu, Ermənistandan 12 qəpik bahadır.

Xəbər xətti