Rusiyada güclü partlayış: 6 nəfər öldü

DÜNYA

20:33 - 4 Dekabr 2022

 Rusiyada güclü partlayış: 6 nəfər öldü

Rusiyanın Nijnevartovsk şəhərinin Sülh küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 6 nəfər həlak olub.

Hazırda axtarış-xilasetmə işləri aparılır. Evlərdən 52 nəfər təxliyə edilib.

İlkin ehtimala görə, qaz sızmasından dolayı yaranan partlayış uçquna səbəb olub.

Xəbər xətti