Kəlbəcərdə azərbaycanlı və ermənilər arasında dava: xəsarət alanlar var

TOPLUM bölməsi

17:46 - 4 Dekabr 2022

 Kəlbəcərdə azərbaycanlı və ermənilər arasında dava: xəsarət alanlar var

Kəlbəcərin Qozlukörpü (köhnə Ağdərə-Getavan) kəndindən keçən yolda ermənilərlə azərbaycanlı mülki şəxslər arasında əlbəyaxa dava düşüb.

Yenipress.az xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.

Mübahisə nəticəsində yüngül xəsarət alanların olduğu bildirilir.

Rəsmi məlumat hələ ki, yoxdur.

Xəbər xətti