Hərbçimiz atəş nəticəsində öldü - Rəsmi

TOPLUM bölməsi

20:00 - 4 Dekabr 2022

 Hərbçimiz atəş nəticəsində öldü - Rəsmi

16:44

Göygölün Nadil kənd sakini, Azərbaycan Ordusunun hərbçisi, 19 yaşlı Elnur Ağazadə oğlu Məmmədov Laçında "N" saylı hərbi hissədə naməlum şəkildə dünyasını dəyişib.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bəzi mənbələr onun intihar etdiyini bildirir.

8 ayın əsgəri bu gün dəfn edilib.

Hələlik heç bir rəsmi məlumat verilməyib.

***

Azərbaycan Ordusunun hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Bu barədə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Elnur Ağazadə oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Xəbər xətti