İran təhlükəsizlik təşkilatlarının göstərişi ilə güney azərbaycanlı jurnalist Aydın Təbrizinin fəaliyyətinə qadağa qoyulub.
Yenipress.az xəbər verir ki, tanınmış jurnalist təhlükəsizlik idarəsinə çağırılıb. Ona xəbərdalıq edilib və internet məkanında fəaliyyətini dayandırması tələb edilib.
Qeyd edək ki, müstəqil jurnalist ötən illərdə Təbrizin şəhər, ekoloji, iqtisadi və sosial problemləri ilə bağlı yaydığı xəbərlərə görə də dəfələrlə təhlükəsizlik, eləcə də məhkəmə orqanları tərəfindən təzyiqlərə məruz qalıb, qadağa və həbslə təhdid edilib.