Tanınmış azərbaycanlı jurnalistin fəaliyyətinə qadağa qoyuldu

TOPLUM bölməsi

20:02 - 3 Dekabr 2022

 Tanınmış azərbaycanlı jurnalistin fəaliyyətinə qadağa qoyuldu

İran təhlükəsizlik təşkilatlarının göstərişi ilə güney azərbaycanlı jurnalist Aydın Təbrizinin fəaliyyətinə qadağa qoyulub. 

Yenipress.az xəbər verir ki, tanınmış jurnalist təhlükəsizlik idarəsinə çağırılıb. Ona xəbərdalıq edilib və  internet məkanında fəaliyyətini dayandırması tələb edilib.  

Qeyd edək ki, müstəqil jurnalist ötən illərdə Təbrizin şəhər, ekoloji, iqtisadi və sosial problemləri ilə bağlı yaydığı xəbərlərə görə də dəfələrlə təhlükəsizlik, eləcə də məhkəmə orqanları tərəfindən təzyiqlərə məruz qalıb, qadağa və həbslə təhdid edilib. 

Xəbər xətti