İran Rusiyadan iğtişaşlara qarşı avadanlıq və müşavir istədi

DÜNYA

18:21 - 3 Dekabr 2022

 İran Rusiyadan iğtişaşlara qarşı avadanlıq və müşavir istədi

İslam Respublikası Moskvadan iğtişaşlara qarşı avadanlıqlar almağı, eləcəd də etirazların yatırılmasında təhlükəsizlik rəsmilərinə kömək etmək üçün Rusiyadan İrana müşavirlər göndərməyi xahiş edib.

Yenipress.az xəbər verir ki, İranın Rusiya məsləhətçiliyindən asılılığı "Fars" xəbər agentliyinin hək edilmiş xüsusi bülletenində də aydın görünür. 

Bülletendə Rusiyanın İranın vəziyyətini təhlil etmək üçün Qərb kəşfiyyat orqanlarının telefonlarını dinləməsindən bəhs edilir.

Qeyd edək ki, İranın Rusiyadan bu tələbləri İslam Respublikasının ölkədəki inqilabi qiyama qarşı mübarizədə uzunmüddətli vəziyyətə hazırlaşdığına dair xəbərlərin dərcindən sonra baş tutub.

Xəbər xətti