Kanada İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi

DÜNYA bölməsi

16:18 - 3 Dekabr 2022

 Kanada İrana qarşı yeni sanksiyalar paketini təsdiqlədi

Kanada İran İslam Respublikasına qarşı son sanksiyalar paketində dörd İran rəsmisi və beş quruma sanksiya tətbiq edib. 

Yenipress.az xəbər verir ki, sanksiyaya məruz qalanların adları arasında ötən il Kanadaya səfəri manşetə çevrilən Tehran əyalətinin polis qüvvələrinin keçmiş komandiri Mürtəza Təlainin də adı var. Dekabrın 1-də Kanada Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb:

“Ölkənin yeni sanksiyaları İran boyu etirazların amansızcasına yatırılması ilə əlaqədardır”, - bəyanatda bildirilir.

Kanadanın İslam Respublikasına qarşı sanksiyalarının yeni siyahısına xüsusi təyinatlı dəstənin komandiri Həsən Kərməi və Evin həbsxanasının Prokurorluğunun müstəntiqi Əli Qənaətkar da əlavə edilib.

Xəbər xətti