Xərçəngə tutulan Zeynəb 5 il müalicə olunmalıdır

MAQAZİN

13:43 - 3 Dekabr 2022

 Xərçəngə tutulan Zeynəb 5 il müalicə olunmalıdır

Bir müddət əvvəl xərçəngə görə əməliyyat olunan müğənni Zeynəb Həsəni səhhətindən danışıb.

Yenipress.az xəbər verir ki, bu barədə o, “Zaurla Günaydın” proqramında açıqlama verib.

“Şükür ki, indi hər şey yaxşıdır. Öhdəsindən gəldim. Tamamilə öhdəsindən gəlmək üçün müalicə olunmaq, güclü olmaq lazımdır. Hələ 5 il müalicə olunmalıyam. 21 dəfə şüa qəbul etmişəm, hər gün 5 dəqiqə bu proses davam edirdi. Mənim sinəmdə şiş aşkarlanmışdı. Oradakı xəstələrə baxırdım ki, ən asan, ən az məndə idi”, - deyə, Zeynəb bildirib.

Qeyd edək ki, Zeynəb bir müddət əvvəl Türkiyədə əməliyyat olunub.

Xəbər xətti