İstanbulda iki gəmi toqquşdu

DÜNYA

23:59 - 2 Dekabr 2022

 İstanbulda iki gəmi toqquşdu

İstanbul boğazında iki gəmi toqquşub.

Yenipress.az xəbər verir ki, bu barədə İstanbulun Sahil Təhlükəsizliyi Xidməti məlumat yayıb.

“İstanbul Ahırkapıda 126 metrlik “Burhan Dizman” və 147 metrlik “Turan C” adlı konteyner və quru yük gəmiləri toqquşub. Əraziyə xilasedici gəmilər göndərilib. Hər iki gəmi zədələnib”, - deyə bildirilib.

Xəbər xətti