Məmurlar bu sözlərlə Prezidenti hədəfə çevirirlər

İQTİSADİYYAT bölməsi

21:01 - 2 Dekabr 2022

 Məmurlar bu sözlərlə Prezidenti hədəfə çevirirlər

Bəzi deputatlar ölkədə tüğyan edən qiymət artımının əsl səbəblərini gizlətməyə çalışaraq, söhbəti yenə ərzaq məhsullarının pərakəndə satışında "süni qiymət artımı" deyiminə gətirərməklə ət satanı, çörək bişirəni, soğan əkəni günahkar çıxartmaq istəyirlər. Bununla, guya, hökumətin səhv siyasətini ört-basdır edirlər, amma anlamırlar ki, pərakəndə satışda "süni qiymət artımı" olduğunu deməklə hakimiyyəti ciddi tənqid edib, ölkə prezidentini səhv çıxarırlar. Əgər ölkədə ərzaq məhsullarının pərakənda satışında süni qiymət artımı varsa, deməli, ölkədə bazar iqtisadiyyatı, rəqabət yoxdur, inhisarçı-məmur-dövlət iqtisadi sistemi mövcuddur. Bəs axı prezident hər çıxışında deyir ki, ölkədə rəqabət, bazar iqtisadiyyatı, əla biznes mühiti var. Belə çıır ki, həmin deputat və məmurların fikrincə, prezident düz demir?

Yenipress.az əbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, əgər “ölkədə süni qiymət artımı var” deyəndə dövlət şirkətlərinin diktə etdiyi qiymətləri, kommunal xidmətlərin tariflərini, işıq və qaza süni olaraq limit qoyulmasını nəzərdə tutsaydılar, onları anlamaq olardı:

“Çünki bizdə dövlət tərəfindən tənzimlənən qiymətlər süni artır, ərzaq qiymətlərini dövlət tənzimləmir, dövlət pərakəndə satış iştirakçısının qiymət qoymasına deyil də, ancaq vergisini ödəyib-ödəmədiyinə qarışa bilər.

Sovet qafalı deputat və məmurlarımız ölkənin qanunlarını belə yaxşı bilmirlər. Dövlətin borcu ölkədə rəqabətli iqtisadiyyat yaratmaq, vəzifəsi ədalət mühiti formalaşdırmaqdır. Rəqabət və ədalət olan yerdə süni qiymət artımı mümkün deyil!

"Süni qiymət artımı" söhbəti isə həmişə kiçik-orta sahibkarın başında çartlayır, onları bu adla qeyri-qanuni sıxırlar, cərimələyirlər, “böyük balıqlar" isə hər gün təzə supermarket açıb kiçik dükanları, xırda ailə mağazalarını sıxışdırıb məhv edirlər - ölkədə əvvəl dükan sahibi olanlarin bir çoxu indi həmin supermarketlərdə "merçendayzer" kimi işləməyə məcbur qalıblar...”

Xəbər xətti