Naxçıvanda bu dövlət qurumunun adından AR sözü çıxarılıb

TOPLUM bölməsi

15:23 - 2 Dekabr 2022

 Naxçıvanda bu dövlət qurumunun adından AR sözü çıxarılıb

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytında “Azərbaycan Respublikası” ifadəsi silinib.

Yenipress.az xəbər verir ki, bu, sayta girişdə də görünür.

başqa sözlə desək, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti özünü tamamilə müstəqil qurum kimi təqdim edib.

Qeyd edək ki, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin antikorrupsiya əməliyyatına başlamasından sonra muxtar respublikada bəzi qurumların bakıya hesabat vermədiyi, rəqəmləri gizlətdiyi və özlərini “müstəqil aparmağa” çalışdıqları haqda təəssürat yaranıb. Təsadüfü deyil ki, Prezident İlham Əliyev ilk olaraq Naxçıvan DTX-ni, daha sonra isə Gömrük Komitəsini ləğv edərək, onların əvəzində baş idarələr yaradıb.

Yenipress.az

Xəbər xətti