Alimlərdən şok açıqlama: Gənclərin beyni sürətlə qocalır

SAĞLIQ

14:49 - 2 Dekabr 2022

 Alimlərdən şok açıqlama: Gənclərin beyni sürətlə qocalır

ABŞ tədqiqatçıları 81 gəncin pandemiyadan əvvəl və sonra çəkilmiş MRT görüntülərini müqayisə ediblər. Nəticə alimləri hərəkətə keçirib.

Yenipress.az Musavat.com-a istinadən xəbər verir ki, yaş və cins kimi faktorlara görə qruplaşdırılan gənclərdə beyinin kiçilməsi, hipokampus və amigdalanın genişlənməsi kimi vəziyyətlərin karantindən sonrakı dövrdə daha çox müşahidə edildiyini ortaya çıxıb. (hipokampus - beyinin medial temporal lobunda yaddaş və naviqasiyada mühüm rol oynayan bölgə; amigdala - beyinin medial temporal lobunun dərinliyində yerləşən neyronlar tərəfindən əmələ gələn badamşəkilli hissə - red).

Yəni pandemiyadan sonra gənclərin beyni daha tez qocalmağa başlayıb.

"Beyin yaşı fərqi təxminən üç ildir. Karantinlərin bir ildən az olduğunu nəzərə alsaq, biz bu qədər böyük artım gözləmirdik", - Stanford Universitetinin Psixologiya üzrə professoru İan Qotlib bildirib.

Araşdırma zamanı pandemiyanın yeniyetmələrin psixi sağlamlığına təsiri, onların depressiya və narahatlıq əlamətləri qiymətləndirilib.  Gənclərdə karantindən sonra daha ağır psixi sağlamlıq problemləri, o cümlədən narahatlıq, depressiya və daxili problemlərin şiddətli simptomları aşkar edilib.

"Psixi sağlamlığın pisləşməsi, çox güman ki, pandemiyanın stresindən qaynaqlanır. Bu, yeniyetmələrin beyinlərində fiziki dəyişikliklərlə müşayiət olunur", - Qotlib deyib.

Dəyişikliyin gənclərə necə təsir edəcəyinə də toxunan Qotlib dəqiq bir şey söyləməyib:

"Hələ bunu bilmirik. 20 yaşında bütün iştirakçıları yenidən yoxlamağa başladıq. Ondan sonra dəyişikliklərin davam edib-etməyəcəyini daha yaxşı anlayacağıq”.

Xəbər xətti