Sülhməramlıların Qarabağa buraxdığı iranlı dəstə üzvlərinin adları - Şok siyahı

SİYASƏT

14:14 - 2 Dekabr 2022

 Sülhməramlıların Qarabağa buraxdığı iranlı dəstə üzvlərinin adları - Şok siyahı

Artıq iki gündür 14 nəfər İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqda əldə etdiyi faktlar açıqlansa da, İranın ölkəmizdəki səfirliyi susmaqda davam edir.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İranın ölkəmizdəki səfirliyə edilən zənglər də cavabsız qalıb – iranlı diplomatlar vətəndaşlarının kimliyi və Azərbaycan ərazisinə gizli səfərin məqsədləri haqda danışmaq istəmirlər.

Xəbər verdiyimiz kimi, noyabrın 24-dən Xankəndində olan və hələ də oranı tərk etməyən 14 nəfərdən 12-si İranın cənub-qərbindəki İzeh şəhərindəndir. Razılaşın ki, belə təsadüfə inanmaq çətindir. Xüsusilə də İzeh şəhərində İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazasının yerləşməsi haqda məlumatlar, bu şəxslərin təvəllüdləri (əsasən, 30-40 yaş arası), səfərin məxfiliyi və bir sıra digər məqamlar söhbətin İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından getdiyinə dair ehtimalı bir daha təsdiqləyir.

Daha bir maraqlı məqam əməkdaşlarımızın sosial şəbəkələrdə uzun-uzadı axtarışlarına baxmayaraq, bu 14 nəfərin heç birinin hesablarının aşkarlanmamasıdır. İndiki zamanda sosial şəbəkələrdə heç bir izin olmaması çox nadir haldır. Üstəlik, söhbət bir yox, 14 nəfərdən gedir. Bu adamlar hansı məxfi fəaliyyətlə məşğuldurlar ki, sosial şəbəkələrdən uzaqdırlar? Adətən, belə yanaşma hərbçi və ya xüsusi xidmət orqanlarının əməkdaşlarına xas olur.

Digər tərəfdən, Xankəndinə gəlmiş qrup üzvlərinin sənədlərindəki adların saxta olması da mümkündür – kəşfiyyat orqanları üçün bu, adi haldır. Məsələn, İngiltərədə baş vermiş rezonanslı sui-qəsddə olduğu kimi – Sergey Skripalı zəhərləmək üçün bu ölkəyə göndərilmiş Rusiyanın xüsusi xidmət orqanlarının iki əməkdaşı “Petrov” və “Boşirov” adlarının saxta olduğu yaxşı məlumdur.

Odur ki, biz tam əmin deyilik ki, indi açıqladığımız ad və soyadlar saxta deyil. Amma istənilən halda, 7 gün əvvəl rusiyalı sülhməramlıların Xankəndinə buraxdıqları İran vətəndaşları Qarabağa məhz bu adlarla keçiblər:

Mohmadi Vahab Mehralı

Heidari Abdollah Alah Rahm

Mohmadi Daryoosh Avaz

Amiritolmarani Elsa Mohammad

Salahshouri Dourakı Farzad Nader

Mohmadi Aref Hossein

Almasian Nezhad Ebrahim Mohammad

Mohmadi Abdollah Mehr Ali

Mohmadi Nasrolah Mehr Ali

Safari Hossein Hatam

Kouravand Takht Sabzı Alı Shir Hossein

Mohmedi Omid Mehr Ali

Mohammadı Mokhtar Bar Ahmad

Salahshouri Dourakı Keramat Nader

Nəhayət, həmin şəxslərdən bəzilərinin fotolarını da təqdim edirik və ümidvarıq ki, İran səfirliyi axır ki, öz vətəndaşlarına sahib çıxıb susqunluğa son verəcək.

Xəbər xətti