Naxçıvanla bağlı inanılmaz məlumatlar gəlir… – ŞOK DETALLAR

TOPLUM bölməsi

13:00 - 2 Dekabr 2022

 Naxçıvanla bağlı inanılmaz məlumatlar gəlir… – ŞOK DETALLAR

Son günlər Naxçıvan Muxtar Respublikası (MR) ətrafında cərəyan edən hadisələr ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Xüsusən ötən gün Naxçıvanda Vasif Talıbovun qoyduğu bəzi qadağaların götürülməsi ilə bağlı məlumatın mediada tirajlanması, ümumiyyətlə, belə qadağaların olması cəmiyyətdə şok effekti yaradıb.

Naxçıvan Muxtar Respublikası ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələrinin fəaliyyətə başlayacağı ilə bağlı məlumatın paylaşılmasından sonra sosial media fəalları bəzi detalları açıblar.

Qeyd edilib ki, bu günə qədər Naxçıvanda bir dənə də olsun “Bravo”, “Araz”, “Favorit” kimi marketlər şəbəkəsi fəaliyyət göstərmirmiş.

Həmçinin vurğulanıb ki, ümumilikdə Naxçıvandakı mağazalarda qiymətlər Bakıdakı qiymətlərdən xeyli yüksəkdir.

Ən çox heyrət doğuran məsələlərdən biri də onlayn satışa qadağa qoyulmasıdır. Sosial şəbəkə istifadəçilərindən birinin yazdığına görə, Naxçıvanda bir çox şeyə, eləcə də onlayn satışa, karqo şirkətlərinin fəaliyyətinə qadağa tətbiq olunub.

Bununla yanaşı, bəzi bankların fəaliyyətinin də Naxçıvanda qadağan edildiyi, bəzilərinin isə cəmi bir neçə aydır fəaliyyətə başladığı qeyd edilib.

İstifadəçilərdən biri isə Naxçıvanda mövcud olan sözügedən vəziyyəti Şimali Koreya ilə müqayisə edib.

Qeyd edək ki, ötən gün Naxçıvan Muxtar Respublikası (MR) ərazisində bütün market və restoran şəbəkələrinin fəaliyyət göstərməsinə yaradılan süni maneələrin artıq aradan qaldırılması barədə məlumat yayılıb. Vurğulanıb ki, indiyədək Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi göstərişi ilə heç bir market və restoran şəbəkələrinin, həmçinin taksi xidmətlərinin Muxtar Respublikada fəaliyyətinə icazə verilməyib.

Xəbər xətti