Sabah bu ərazilərə qar yağacaq

TOPLUM bölməsi

13:22 - 2 Dekabr 2022

 Sabah bu ərazilərə qar yağacaq

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenipress.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Xəbər xətti