Bu qətnamə riyakarlıqdır - Deputat

DÜNYA bölməsi

12:20 - 2 Dekabr 2022

 Bu qətnamə riyakarlıqdır - Deputat

Fransa parlamentinin aşağı palatası -Milli Asambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərar beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Son 30 ildə Azərbaycan ərazisini işğal edən Ermənistanı dəstəkləmək bu ölkənin insan hüquqlarına münasibətinin göstəricisidir.

Yenipress.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Pərvin Kərimzadə deyib.

O əlavə edib ki, Fransa parlamenti atdığı addımlarla Azərbaycan-Fransa arasında imzalanan sazişlərə hörmətsizlik edir:

“Eyni zamanda bu, hələ delimitasiya olunmamış Azərbaycan-Ermənistan sərhədi ilə bağlı hörmətsizlikdir. Gəncə və digər şəhərlərin raket atəşinə tutulması, mülki insanların öldürülməsi, mina terroru beynəlxalq cinayət deyil? Fransanın bu addımı regionu müharibəyə sövq edir. Azərbaycanın güclü prezidenti və ordusu var”.

Yenipress.az

Xəbər xətti