Nərgiz Avropa Parlamentinə müraciət etdi

TOPLUM bölməsi

11:54 - 2 Dekabr 2022

 Nərgiz Avropa Parlamentinə müraciət etdi

Güney Azərbaycanın Zəncan şəhərindən olan İnsan Haqlarının Müdafiəçisi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədi Avropa Parlamentinə mesaj göndərib.

Yenipress.az xəbər verir ki, Nərgiz Məhəmmədi Avropa Birliyinə göndərdiyi mesajda rejimin dəyişilməsinin İran xalqının arzusu və iradəsi olduğunu bildirib.

“İslam Respublikasından sonrakı keçid dövründə biz insan hüquqlarının təmin olunacağı bir sistemin reallaşmasını istəyirik. Tiranlığa qarşı mübarizə apararaq bir gün dünya sülhü üçün birləşəcəyimiz günə ümid edirik", - deyə, güneyli siyasi məhbus bildirib.

Cavidan Elbars

Xəbər xətti