Leyla və Eminin əkiz övladlarının ad günündən - Video

MAQAZİN bölməsi

11:02 - 2 Dekabr 2022

 Leyla və Eminin əkiz övladlarının ad günündən - Video

Ötən gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə müğənni-bəstəkar Emin Ağalarovun əkizləri Əli ilə Mikayılın doğum günü olub.

Yenipress.az xəbər verir ki, bu barədə Leyla Əliyeva İnstaqramda paylaşım edib.

"Əli və Mikanı təbrik edirəm! Belə oğullara görə Rəbbimə şükür edirəm! Allah bütün övladlara cansağlığı versin! Hamınıza təşəkkür edirəm", - deyə o qeyd edib.

Emin Ağalarov da bu İnstaqramında paylaşım edib. O, əkiz övladları ilə arxiv fotolarını paylaşaraq bu sözləri əlavə edib:

"Ad günün mübarək, Əli və Mika! Çox xoşbəxt olun. Həmişə yanınızdayam. Leyla, oğullarımız üçün sənə təşəkkür edirəm".

Xatırladaq ki, Əli və Mikayıl Ağalarovlar 2008-ci il dekabrın 1-də ABŞ-da dünyaya göz açıblar.

Xəbər xətti