Bu qidaları acqarına qəbul etməyin! - Təhlükə

SAĞLIQ bölməsi

17:58 - 1 Dekabr 2022

 Bu qidaları acqarına qəbul etməyin! - Təhlükə

Məsləhət görülməyən qida məhsullarının ac qarına qəbul edilməsi 2-ci tip şəkərli diabet və ya ürək-damar sisteminin işində patoloji dəyişiklərə səbəb ola bilər.

Yenipress.az xəbər verir ki, terapevt və qastroenteroloq Aleksandra Yakovleva müsahibəsində acqarına istifadə edilməsi qəti məsləhət görülməyən qida məhsulları barədə danışıb. Xüsusilə, o qeyd edib ki, boş, qida ilə doldurulmamış mədə kofein almamalıdır.

“Yuxudan oyanandan sonra acqarına qəbul edilən bir fincan qəhvə xoşagəlməz fəsadlara gətirib çıxara bilər, çünki mədədə xlorid turşusu istehsalını stimullaşdırır və selikli qişanı qıcıqlandırır”, - deyə Yakovleva izah edib.

Bundan başqa, un məhsulları, xüsusilə, sənaye istehsalı un məhsulları, acqarına istehlak edilmək üçün təhlükəlidir. Mağazadan alınan çörəklər, tostların tərkibində yüksək dozada şəkər, transyağlar ola bilər. Qəbul edildikdən sonra belə qida məhsulları qanda şəkəri kəskin şəkildə artırır, insulin ifrazını çoxaldır. Mütəmadi olaraq səhərlərin bu cür qida məhsulları ilə başlanması çəkidə artım, prediabet və 2-ci tip şəkərli diabetə səbəb ola bilər.

"Enerji dəyəri baxımından dənli bitkilər, müsli və quru yeməklər zərərli hesab olunur", - deyə Yakovleva əlavə edib.

Bundan əlavə, səhər yeməyində təzə sıxılmış şirələr, çiy tərəvəz və meyvələrə yer yoxdur, - deyə həkim izah edib. Bu qida məhsulları və içkilər turşular, şəkər və qaba liflə zəngindir - acqarına istehlak edildikdə, bütün bunlar mədə-bağırsaq traktının zərif toxuması üçün təhlükəli olur, insanı qastrit, mədə xorası, qıcqırmaya meylli edir.

Fermentləşdirilmiş süd məmulatları da acqarına yeyildikdə təhlükəlidir. Yakovleva xatırladıb ki, bu cür qida məhsulları həzm traktında faydalı bakteriyaların fəaliyyətini stimullaşdırır, lakin bu, mədədə müəyyən qidaların olması şərtilə baş verir.

Xəbər xətti