Məmməd Arazın nadir görüntüləri yayıldı

TOPLUM bölməsi

16:47 - 1 Dekabr 2022

 Məmməd Arazın nadir görüntüləri yayıldı

Azərbaycan Televiziyası arxivindən uzun müddətdir işıq üzü görməmiş yeni kadrlar yayımlayıb.

Yenipress.az xəbər verir ki, “AzTV Tarix” Yutub kanalında yayımlanmış arxiv matertiallarda xalq şairi Məmməd Arazın unikal görüntüləri var.

Görüntülər AzTV-nin 2006-cı ildə M.Arazın xatirə gününə həsr etdiyi “Məni şeirində gəz…” sənədli filmində yayımlanıb.

Filmdə Azərbaycan Televiziyasının xalqımızın maddi-mənəvi sərvəti hesab olunan arxivinə müraciət olunub, Xalq şairinin müxtəlif vaxtlarda çəkilmiş kadrlarından istifadə olunub.

Sənədli filmdə Məmməd Arazın məşhur “Azərbaycan” şeiri səsləndirilib.

Qeyd edək ki, Xalq şairi Məmməd Araz 2004-cü il dekabrın 1-də vəfat edib.

Xəbər xətti