FİFA İrandakı etirazları dəstəkləyən pankartların nümayişinə icazə verdi

İDMAN bölməsi

16:07 - 1 Dekabr 2022

 FİFA İrandakı etirazları dəstəkləyən pankartların nümayişinə icazə verdi

İran və Uelsin Qətərdə keçirilən dünya çempionatından kənarlaşdırılmasından bir gün sonra FİFA göy qurşağı simvolları və İrandakı etirazları dəstəkləyən bannerlərin və pankartların stadionlara buraxılacağını elan edib.

Yenipress.az xəbər verir ki, bəyanatda FİFA-nın müvafiq qaydaların və razılaşdırılmış protokolların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün ev sahibi ölkə ilə sıx əməkdaşlığının davam etdiyi bildirilir.

Xatırladaq ki, bu qərardan öncə İran milli komandasının oyunlarında iranlı tamaşaçılara İrandakı etirazlara dəstək şüarları yazılmış paltar geyinmək, şir və günəş təsviri olan bayraq gəzdirmək qadağan edilmişdi.

Kamran İsayev

Xəbər xətti