Hərbçimizin özünü güllələməsi ilə bağlı daha bir rəsmi açıqlama

TOPLUM

15:39 - 1 Dekabr 2022

 Hərbçimizin özünü güllələməsi ilə bağlı daha bir rəsmi açıqlama

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisinin özünü güllələməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Yenipress.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, DSX-nin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olmub.

Daxil olan məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Xəbər xətti