İsveçrə Rusiyanın 8 milyard dollarlıq aktivlərini dondurdu

DÜNYA

15:20 - 1 Dekabr 2022

 İsveçrə Rusiyanın 8 milyard dollarlıq aktivlərini dondurdu

İsveçrə Rusiyanın 7,5 milyard İsveçrə frankı (təxminən 7,95 milyard dollar) dəyərində aktivlərini bloklayıb.

Yenipress.az xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) məlumat yayıb.

“3 iyul 2022-ci il tarixinə Rusiya vətəndaşlarının və ya fiziki və hüquqi şəxslərin İqtisadiyyat üzrə Dövlət Katibliyinə bəyan edilmiş əmanətlərinin məbləği 46,1 milyard frank təşkil edib. 25 noyabr 2022-ci il tarixinə İsveçrədə dondurulmuş aktivlər 7,5 milyard frank təşkil edib”, - məlumatda bildirilir.

Yenipress.az

Xəbər xətti