Vasif Talıbovun oğlu Seymur Talıbov işdən çıxarılıb? - Rektor açıqladı

TOPLUM bölməsi

14:37 - 1 Dekabr 2022

 Vasif Talıbovun oğlu Seymur Talıbov işdən çıxarılıb? - Rektor açıqladı

Dünən Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbovun işdən çıxarılması haqda xəbərlər yayılmışdı. Onun Naxçıvanda baş verən son hadisələr səbəbindən vəzifəsindən azad olunduğu bildirilirdi.

Yenipress.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Manset.az-a açıqlamasında məlumatın yalan olduğunu bildirib.

“Seymur müəllimin işdən azad olunması haqda xəbər doğru deyil. Belə bir rəsmi qərar yoxdur. Prorektorun işdən azad olunması məsələsi mənim səlahiyyətimdə deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Buna baxmayaraq, belə bir rəsmi qərar yoxdur. Seymur müəllim universitetin Beynəlxalq Əlaqələr üzrə prorektorudur”.

Xəbər xətti