Ətin qiyməti 13 manatdan 18-ə niyə qalxdı? - Deputat

TOPLUM bölməsi

13:59 - 1 Dekabr 2022

 Ətin qiyməti 13 manatdan 18-ə niyə qalxdı? -  Deputat

Ağcabədi və Bərdə rayonlarında ətin ortalama qiyməti 11 manat olan halda, Bakıda 18 manat təşkil edir.

Yenipress.az xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında deyib.

"Səhər tezdən ət topdansatıcılardan 8 manata alınır. Belə olan halda, mənə maraqlıdır ki, niyə bu məhsul Bakıda 18 manata satılır. Ətin qiyməti hansı metodologiya ilə hesablanır? Bəlkə həqiqətən ölkə daxilində hansısa rüsum var, biz bilmirik?", - belə bir sualla deputat müraciət edib.

Onun sözlərinə görə, təkcə 2 ay ərzində ətin qiyməti 13 manatdan 15 manata, sonra isə 18 manata qalxıb.

Xəbər xətti


Digər xəbərlər