Makron Bakıya qarşı həmlə üçün türk liderlə razılaşıb? – Şok

SİYASƏT bölməsi

13:43 - 1 Dekabr 2022

 Makron Bakıya qarşı həmlə üçün türk liderlə razılaşıb? – Şok

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələn Qasım-Jomart Tokayev Rusiyanın ardınca Fransaya səfər edib. Səfər çərçivəsində Tokayev və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

Maraqlıdır, Qasım-Jomart Tokayevin Fransaya səfərinin məqsədi nədir?

Yenipress.az xəbər verir ki, siyasi şərhçi Aqşin Kərimov Globalinfo.az-a açıqlamasında Qazaxıstanın yerləşdiyi coğrafiyanın Fransa üçün cəlbedici olduğunu bildirib:

“İndiki məqamda rəsmi Parisi düşündürən başlıca nüans Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində Ermənistana yerini göstərməsidir. Bu, Parisin İrəvana olan sevgisini bütün parametrlər üzrə göstərməsinə əngəl deməkdir.

Hesab edirəm, Makron bağlı qapılar arxasında Tokayevdən Ermənistana dəstək verilməsini xahiş edə bilər. Əlbəttə ki, Makron bu təklifi qarşılıqsız etməyəcək. Mümkündür ki, Fransa bu istək qarşılığında Qazaxıstana hansısa şirnikləndirici vədlər versin.

Tokayev çox ehtiyatlı, siyasi tədbirliliyi olan siyasətçidir. Bu mənada Parisin tələblərini əsas tutacağını düşünmürəm. Tokayevin səfəri zamanı Fransa-Qazaxıstan strateji tərəfdaşlığını yeni mərhələyə keçirəcək danışıqlar aparılmasına baxmayaraq, Tokayev uzunmüddətli perspektivi hesabladığından Parislə hesablaşmaq məcburiyyətində deyil”.

Xəbər xətti