ABŞ-ın keçmiş prezidenti Bill Klinton koronavirusa yoluxub.
Yenipress.az xəbər verir ki, bu barədə o öz Tvitter hesabında yazıb.
“Xəstəliyin cüzi simptomları var. Özümü yaxşı hiss edirəm. Hətta buster dozanı da vurdurmuşam. İşlərimi evdən davam etdirirəm”, - Klinton qeyd edib.
Xatırladaq ki, Bill Klinton 1993-2001-ci illərdə ABŞ-ın Prezidenti olub.