Çexiya Rusiyanın “Mi” helikopterlərini əvəzləyir

DÜNYA bölməsi

13:17 - 1 Dekabr 2022

 Çexiya Rusiyanın “Mi” helikopterlərini əvəzləyir

Çexiya Rusiyanın “Mi” seriyalı helikopterlərini Amerikanın “CH-47 Chinook” helikopterləri ilə əvəz etmək istəyir.

Yenipress.az xəbər verir ki, bu barədə “Avropa həqiqəti” məlumat yayıb.

Qeyd edilir ki, onların qiyməti 60-90 milyon dollar, yəni 1,5-2 milyard çex kronu arasında dəyişir. Beləliklə, nəqliyyat helikopterlərinin alınması 13-20 milyard krona başa gələcək.

Bildirilir ki, Amerika istehsalçısı “Boinq” 60 il ərzində dünyanın 19 ordusunda xidmət edən bu maşınlardan 1200-dən çox istehsal edib. Şirkət davamlı olaraq dünyanın ən sürətli maşınlarını təkmilləşdirir.

Yenipress.az

Xəbər xətti