Sabah hava necə olacaq?

TOPLUM bölməsi

13:07 - 1 Dekabr 2022

 Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenipress.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.

Xəbər xətti