Məktəblilər etiraz etdi: Soyuqdan donuruq! - Yeniləndi

TOPLUM bölməsi

14:41 - 1 Dekabr 2022

 Məktəblilər etiraz etdi: Soyuqdan donuruq! - Yeniləndi

12:45

Sabirabad rayonunun Kovlar kəndində orta məktəb şagirdləri sinif otaqlarının soyuq olmasına maraqlı formada etiraz ediblər.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Belə ki, şagirdlər əllərində “donuruq” sözləri yazılmış plakatlar qaldıraraq, məktəbin istilik siteminin olmadığına işarə ediblər.

Qeyd edək ki, sözügedən foto bu gün çəkilib.

***

Sabirabad rayon Kovlar kənd tam orta məktəbin istilik sistemi dizel yanacaqlı qazanxana ilə işləyir. Məktəbə dizel yanacağı təhvil verildikdən sonra qazanxana işə salınıb. Qazanxanada bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar məktəbdə təmir-bərpa işləri aparır.

Bu sözləri Mil-Muğam Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsi Vilayət Əliyev deyib.

Turanə

Xəbər xətti