Putin Arayiklə gizli görüş keçirib - Sensasion iddia

GÜNDƏM bölməsi

12:18 - 1 Dekabr 2022

 Putin Arayiklə gizli görüş keçirib - Sensasion iddia

Noyabrın 23-də Ermənistanda KTMT sammitinə qatılan Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Xankəndi şəhərində məskunlaşmış erməni separatçılarının rəhbəri Arayik Arutyunyanla görüşüb.

Yenipress.az xəbər verir ki, bu sensasion iddia ilə “Joxovurd” qəzeti çıxış edib.

Qəzet görüşün guya sammitin keçirildiyi “Dvin” mehmanxanasında baş tutduğunu, bunun Rusiyada separatçı-terrorçu rejimin lideri kimi Ruben Vardanyanın yox, Arayik Arutyunyanın qəbul edildiyini göstərdiyini yazıb.

Lakin Arutyunyanın “mətbuat xidməti”nə müraciət edən qəzet bu məlumatın təkzib olunduğunu bildirib:

“Arayik Arutyunyan bu günlərdə Qarabağda olub. İnformasiya həqiqəti əks etdirmir”.

Yenipress.az

Xəbər xətti