Tanınmış aparıcı Turan İbrahimov “Çörəkçi” şirkətindən şikayətlənib.
Yenipress.az xəbər verir ki, aparıcı bununla bağlı sosial şəbəkədə məlumat yayıb.
O, "Çörəkçi"dən aldığı çörəkdən sabun dadı gəldiyini bildirib:
“Çörəkçi”dən doğranmış çörək alıram, sabun dadı verir. Bildiyiniz sabun. Ümidvaram ki, Qida Təhlükəsizliyi Agentliyi bunun səbəbini araşdırıb ictimaiyyətə məlumat verər”.