40 mərasimində həbs edilən 15 nəfər edam olunacaq?

DÜNYA bölməsi

10:57 - 1 Dekabr 2022

 40 mərasimində həbs edilən 15 nəfər edam olunacaq?

Kərəc Şəhər Məhkəməsində etiraz aksiyalarında həbs edilən və əksəriyyəti azərbaycanlılardan ibarət olan 15 nəfərlik qrupun məhkəmə prosesi keçirilib.

Yenipress.az xəbər verir ki, müttəhimlər “yer üzündə fəsad yaymaq”, “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”, “polis və “Bəsic” qüvvələrinə hücum” və başqa bu kimi edam hökmünün verilməsinə əsas qazandıra biləcək ağır ittihamlar irəli sürülüb.

Qeyd edək ki, edama məhkum edilən şəxslər Kərəcin Erəm bulvarında hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən 22 yaşlı azərbaycanlı şairə Hədis Nəcəfinin noyabrın 3-də keçirilən 40 mərasimində baş verən etiraz aksiyasında iştirakına görə həbs ediliblər.

Yenipress.az

Xəbər xətti