İran İsrail casuslarını edam edəcək

DÜNYA bölməsi

10:38 - 1 Dekabr 2022

 İran İsrail casuslarını edam edəcək

İran məhkəmə sistemi ötən ilin iyununda İran İnqilab keşikçiləri Korpusunun Qüds qüvvələrinin 84-cı bölməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham edilən dörd nəfər barədə edam hökmü çıxarıb.

Yenipress.az xəbər verir ki, Həsən Orduxanzadə, Şahin İmani Mahmudabad, Milad Əşrəfi Atbatan və Mənuçöhr Şəhbəndi adlı şəxslər İsrailin xüsusi xidmət orqanı MOSSAD-la əməkdaşlıqda günahlandırılıblar.

İran mediası edama məhkum edilən şəxslərin videosunu yayaraq, onların cinayətlərini etiraf etdiyini bildirib.

Müstəqil və İran hökumətinə müxalif media və qurumlar adı çəkilən müttəhimlərdən məcburi etiraf alındığını yazırlar.

Yenipress.az

Xəbər xətti