Şesnı penalti epizodunda Messi ilə mərcə giribmiş

İDMAN bölməsi

09:46 - 1 Dekabr 2022

 Şesnı penalti epizodunda Messi ilə mərcə giribmiş

Polşa millisinin qapıçısı Voytsex Şesnı Qətərdə keçirilən dünya çempionatının C qrupunun III turunun Argentina ilə matçında Lionel Messi ilə mərcə girib.

Yenipress.az xəbər verir ki, bu barədə qapıçı danışıb.

O, matçın ilk hissəsində Argentinanın lehinə təyin olunan penalti epizodunda hakimin VAR-la məsləhətləşməsi zamanı Leoya mərc təklif etdiyini deyib:

“Messi ilə nə danışırdıq? Dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avrodan mərc edək. Mən uduzdum. Bilmirəm buna icazə verilib, yoxsa yox? Bəlkə də cərimə olunacam, amma ona pul vermək fikrində deyiləm. Messinin kifayət qədər pulu var”.

Qeyd edək ki, sözügedən matçın 38-ci dəqiqəsində Şesnı ilə Messinin mübarizəsi zamanı baş hakim Denni Makiele VAR-a baxdıqdan sonra Polşanın qapısına penalti təyin edib, Leonun zərbəsini isə polşalı qapıçı qaytarıb.

Xəbər xətti