Zeytunun 7 möcüzəvi faydası

SAĞLIQ bölməsi

20:44 - 30 Noyabr 2022

 Zeytunun 7 möcüzəvi faydası

Zeytun hələ qədim zamanlardan misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı istifadə edilmişdir.

Yenipress.az zeytunun 7 müxtəlif xeyirli xüsusiyyətini təqdim edir:

Həzmi asanlaşdırır

Zeytunda olan E vitamini və yağ bağırsaqların daha yaxşı fəaliyyətinə kömək edir. Davamlı olaraq zeytun yeyənlərin bağırsaq xərçənginə tutulma riski də olduqca aşağıdır. Zeytunun tərkibindəki liflər yediyimiz qidaların asanlıqla həzm olunmasını kömək edir. Beləliklə, bağırsaq problemlərinin qarşısını alır.

Saç, üz və dırnaqları bəsləyir

Şampunların tərkibinə daxil edilməsinin səbəbi saçların ehtiyacı olduğu nəmi təmin etməsidir. Sabun və cild kremlərində isə kologen istehsalını artırdığı və hüceyrə yenilənməsini təmin etdiyi üçün istifadə olunur. Zeytun ölü hüceyrələrin çıxarılmasını və bərpasını dəstəkləyən təbii qidadır. E vitaminin olması isə daha gənc və sağlıqlı görünüş üçün yaxşı vasitədir.

Antioksidan mənbəyidir

Tərkibində antioksidanın olması bir çox xərçəng növünə tutulmaq riskini azaldır. Vücudumuzu zərərli hüceyrələrdən təmizləyir. Həmçinin, zədələnmiş hüceyrələri bərpa etməyə kömək edir.

Pəhriz zamanı mədəni tox saxlayır

Pəhriz prosesində səhər yeməyi çox əhəmiyyətlidir. Səhər yeməyimizdə bədənimizin ehtiyacı olan yağı zeytundan ala bilərik. Mədəni uzun müddət tox saxlamaqla yanaşı, maddələr mübadiləsini də sürətləndirir. Qəlyanaltıda orta hesabla 5 zeytun yemək aclıq hissini yatırır.

Ürəyə xeyirlidir

Zeytunun tərkibində doymamış yağ olduğu üçün təzyiqi tarazlaşdırır və ürək ritmini tənzimləyir. Ürək sağlamlığını qoruma prosesində zeytunun tərkibindəki oleik turşusundan faydalanır.

Bədənin inkişafına dəstək olur

A, D, E və K vitaminləri ilə zəngin olan zeytun uşaqların böyümə çağında bədən inkişafını dəstəkləyir və daha güclü əzələ və sümük quruluşunun formalaşmasına kömək edir. Tərkibində çoxlu omeqa turşusunun olması bədənlə yanaşı, zehnin də inkişafını dəstəkləyir. Həm də, omeqa yağ turşuları daha canlı sinir sistemi hüceyrələri yaradır.

Qan artırır

Qan azlığı problemləri zamanı tövsiyə edilən qidalardan biridir. Qandakı dəmir nisbətini artıraraq anemiyanı aradan qaldırır. Yüksək səviyyəli xolesterol səviyyəsini də ən ideal rəqəmə endirir.

Yenipress.az

Xəbər xətti