Ronaldo bu kluba keçir

İDMAN bölməsi

14:50 - 30 Noyabr 2022

 Ronaldo bu kluba keçir

Ulduz futbolçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə bağlaya bilər.

Yenipress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Ronaldonun yeni klub ilə illik 200 milyon avro maaş olmaqla, 2,5 mövsümlük müqavilə imzalayacağı gözlənilir.

Qeyd olunub ki, artıq klub rəsmiləri dünya çempionatı üçün Qətərdə olan futbolçu ilə görüşüblər.

Xatırladaq ki, Ronaldo bir neçə gün əvvəl “Mançester Yunayted” klubu ilə yollarını ayırıb.

Yenipress.az

Xəbər xətti