İranın ASALA ilə hansı bağı var?

SİYASƏT bölməsi

15:25 - 29 Noyabr 2022

 İranın ASALA ilə hansı bağı var?

İranın terrorçu ASALA təşkilatı ilə əlaqəsinin olma ehtimalı mümkündür. İrandakı rejim bölgədə müxtəlif terrorçu və silahlı qruplaşmaları maliyyələşdirir, onlara gizli və açıq dəstək verir. Məqsəd Tehran rejiminin düşmənlərinə və rəqiblərinə qarşı “ortaq mübarizənin” genişlənməsinə nail olmaqdır.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bütün bunların başında “Hizbullah” təşkilatı dayanır:

“İranın illərdir maliyələşdirdiyi və silahla təmin etdiyi bu təşkilatın mərkəzi Livandadır. ASALA da Livanda təsis olunaraq Türkiyə və Azərbaycana qarşı fəaliyyətə başlayıb. İran kəşfiyyatının da ASALA ilə ilk təmaslarını “Hizbullah” üzərindən qurması istisna deyil. ASALA-nın Livanda digər terrorçu PKK ilə də bağları olub.

Azərbaycanın və Türkiyənin əleyhinə olanlar İran rejiminin müttəfiqləri sayılır. ASALA 1980 və 1990-cı illərin əvvəllərində müxtəlif ölkələrdə Türkiyənin diplomatlarına qarşı terror aksiyaları həyata keçirdikdən sonra SSRİ-nin dağılmasıyla Qarabağa keçid aldı. Onlar yerli separatçılarla birləşib azərbaycanlılara qarşı qətliamlar törətdilər. ASALA üzvləri işğal müddətində də Qarabağda idilər, İranla sərhədə nəzarət edir, narkotik maddələrin Avropaya daşınmasında iştirak edirdilər. ASALA yox olmayıb, Azərbaycan ordusu bir çoxunun cəzasını verib, ancaq sağ qalanları da var. Onların bir qismi Qarabağda, digərləri isə Ermənistanda səpələniblər. Belələri köhnə əlaqələrdən istifadə edərək İran kəşfiyyatına xidmətlərini də davam etdirirlər”.

Yenipress.az

Xəbər xətti