İran komandası qələbə qazandı, 715 məhkum azadlığa buraxıldı

İDMAN bölməsi

13:35 - 29 Noyabr 2022

 İran komandası qələbə qazandı, 715 məhkum azadlığa buraxıldı

İran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib.

Yenipress.az xəbər verir ki, bununla bağlı İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei qərar imzalayıb.

O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.

Xatırladaq ki, İran milli komandası noyabrın 25-i Uels yığmasını 2:0 hesabı ilə məğlub edib. Mundialın birinci turunda isə İran yığması İngiltərəyə 2:6 hesabı ilə uduzub.

Xəbər xətti