Şok: Neft Fondu 9 ayda 8,7 milyard ziyan etdi!

İQTİSADİYYAT bölməsi

11:30 - 29 Noyabr 2022

 Şok: Neft Fondu 9 ayda 8,7 milyard ziyan etdi!

Neft Fondu bu ilin ilk 9 ayında daşınmaz əmlak portfelinin idarəetməsindən, səhm bazarına qoyduğu yatırımdan ziyan edib (aldığı səhmlərin dəyəri bu il 17% ucuzlaşıb), avro, funt və yenin məzənnələrinin ABŞ dollarına nisbətən ucuzlaşmasına görə bu valyutalarda olan aktivlərinin dollara nisbətən dəyəri azalıb.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, ümumilikdə Neft Fondunun bu ilin ilk 9 ayında zərəri 8 mlrd. 706 mln. 200 min manat təşkil edir:

“Əgər bütün yatırım portfelləri üzrə ziyan varsa, Fondun idarəçiləri buna görə məsuliyyət daşıyırlar, deməli, istefa verməli, Fondun idarəçiliyi, investisiya siyasəti, məsləhətçiləri dəyişdirilməlidir, onlar alınan qərarlara görə öz günah payları var”.

Xəbər xətti